İŞİD irimiqyaslı hücuma keçdi - Suriya ordusu mühasirəyə düşdü
11-05-2016, 18:07
İŞİD Suriya ordusu ilə aparılan döyüşlərdə strateji uğur əldə edib.
Avropa.info xəbər verir ki, İŞİD təşkil etdiyi əks hücum nəticəsində Palmiranın Tədmur məntəqəsində Suriya ordusunun kommunikasiya və təchizat yollarını kəsməyə müvəffəq olub.
Suriyanın İnsan Haqları Monitorinq qrupu bildirir ki, Homs-Tədmur şosesindəki ərazi zəbt olunub. İŞİD Suriyadakı Rusiya aviasiyasının istifadə etdiyi Tayfur aerodromuna yaxın məsafədə yerləşir.
Hücum İŞİD-in 2016-cı ildə keçirdiyi ən böyük əməliyyat kimi qiymətləndirilir. Təşkilatın direktoru Rami Əbdül Rəhman deyir ki, İŞİD şəhəri üç istiqamətdən mühasirəyə alıb. Bundan İŞİD Homsda Şaer və Məhr qaz yataqlarını Suriya ordusunun əlindən almağı bacarıb. Hal-hazırda Cezal yatağı və aerodromdan 10 km məsafədə yerləşən hərbi kazarmaların ələ keçirilməsi uğrunda döyüşlər gedir.
Təsdiqləməmiş məlumata görə, Əsəd rejiminin bir vertolyotu da vurulub. İŞİD-çilər növbəti hədəf kimi Havatima məntəqəsini ələ keçirərək, hücumun istiqamətini Palmiraya doğru çevirməyə çalışırlar.
Suriya ordusu hava zərbələri ilə hücumun qarşısını almağa çalışır.