Ərdoğan Qərbi ikiüzlülükdə ittiham etdi

18-05-2016, 09:29           

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qərb siyasətçilərini öz ölkələrində və Türkiyədə törədilən terror aktlarına müxtəlif reaksiya verdiklərinə görə ittiham edib.

Bu barədə Türkiyə lideri çərşənbə axşamı İslam Əməkdaşlıq Təşkilatının iclasında mayın 12-də Diyarbəkir vilayətində baş verən terror aktını şərh edərkən bəyan edib.

“Cümə axşamı Diyarbəkirdə güclü partlayış baş verdi. Terror aktında 10-15 ton partlayıcıdan istifadə olunub, 16 vətəndaşımız həlak olub. Bu hadisə dünyada böyük rezonans yaratmalı idi, lakin Qərb susdu.

Paris və Brüsseldə terror aktları baş verəndə reaksiya var, Laxor, Ankara, Diyarbəkirdə isə dünya susur. Ən böyük problem terrorçuluğa qarşı ikiüzlülükdür. Terror təşkilatları məhz bundan güc alırlar”, - Ərdoğan deyib.

AzVision.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.