General kitab yazdı: - Müharibə gələn il başlayacaq
19-05-2016, 11:02
Avropada NATO qüvvələri komandanının sabiq müavini, britaniyalı general Riçard Şireffin Qərblə Rusiya arasında mövcud olan münasibətlər haqda kitabi dərc edilib.
Axar.az Qardian-a istinadən xəbər verir ki, generalın iddialarına görə, günü-gündən münasibətləri pisləşən Qərb və Rusiya 2017-ci ildə müharibəyə başlayacaq.
Riçard Şireff buna səbəbin Krım hadisələrinin məntiqi davamı olacağını da qeyd edib:
“NATO tərəfindən sıxışdırılan Rusiya Ukraynanın şərqində əraziləri zəbt etməyə başlayacaq və Baltikyanı ölkələrə hücum edəcək”.
Bununla yanaşı, britaniyalı general hazırda Qərbin ən təhlükəli düşməninin Rusiya olduğunu da qeyd edir.