Polşa məhkəməsi “Qazprom”un 6,3 milyard dollarlıq cəriməsini ləğv edib
22-11-2022, 09:24
Polşanın Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Məhkəməsi “Qazprom” və “Şimal axını 2”-nin tikintisinə cavabdeh olan 5 şirkətə qarşı cərimələrin tətbiq edilməsi qərarını ləğv edib.
Bu barədə TVN 24 xəbər yayıb.
Polşa Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Təşkilatı (UOKiK) artıq məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb.