İsveç polisi Quranın yandırılması ilə bağlı yeni aksiyaya icazə vermədi

9-02-2023, 12:34           
İsveç polisi Quranın yandırılması ilə bağlı yeni aksiyaya icazə vermədi
İsveç polisi Türkiyənin Stokholmdakı səfirliyi önündə Quranın yandırılması ilə bağlı növbəti aksiyaya icazə verməyib.

“Son zamanlar Quranı yandırmaq üçün keçirilən ictimai toplantılar çox kəskin reaksiyaya səbəb olub və bu, İsveçə qarşı təhdidlərin mənzərəsinin dəyişməsinə gətirib çıxarıb”, - İsveç polisinin bəyanatında deyilir.

İsveç hüquq-mühafizə orqanının məlumatına görə, Quranın yandırılması aksiyası rədd edilib, çünki bu əməl milli təhlükəsizliyin ciddi şəkildə pozulması hesab olunur.

Xatırladaq ki, yanvarın 21-də Danimarkanın ifrat sağçı “Sərt Kurs” partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Quranı yandırıb. Eyni zamanda aksiya meriya ilə razılaşdırılıb. Paludanın sözlərinə görə, o, Türkiyənin İsveçin NATO-ya üzv olmasına mane olmasına etiraz edərək müsəlmanların müqəddəs kitabını yandırıb.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru