İranın bir neçə şəhərində vətəndaşlar küçəyə axın ediblər
17-02-2023, 11:04
Bu gün qabaqcadan edilmiş çağırışa cavab olaraq İranın bir çox şəhərlərində vətəndaşlar küçəyə axın ediblər. Bakupost.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, xüsusilə də gənclər küçələrə axın edib, hökumətə qarşı (Azadlıq, azadlıq, ölüm olsun diktatora və s.) şüarlar veriblər.