Ukrayna 100 hərbçisini əsirlikdən geri qaytardı – FOTO/VİDEO

17-02-2023, 12:14           
Ukrayna 100 hərbçisini əsirlikdən geri qaytardı – FOTO/VİDEO
Ukrayna 100 hərbçi və bir mülki vətəndaşı əsirlikdən geri qaytarıb.

Prezident Ofisinin rəhbəri Andriy Yermakın sözlərinə görə, 94 hərbçi Mariupolu müdafiə edib, onlardan 64-ü “Azovstal”da döyüşüb.

“Azad edilən döyüşçülər arasında qvardiyaçılar, sərhədçilər və Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri də var. Onların yaxınları uzun müddətdir ki, yollarını gözləyirdilər”, - Yermak “Telegram” mesajında ​​yazıb.

Ofis rəhbəri qeyd edib ki, sərbəst buraxılan çox sayda qəhrəman müxtəlif dərəcəli xəsarətlər alıb. Yermak onu da əlavə edib ki, aidiyyəti təşkilatlar Rusiya əsirliyində qalan digər hərbi əsirlərin geri qaytarılması istiqamətində işləri davam etdirirlər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru