Sunak və Kamala Harris Rusiyanı siyasi və hərbi cəhətdən dəstəkləyən ölkələri qınayıblar

18-02-2023, 00:10           
Sunak və Kamala Harris Rusiyanı siyasi və hərbi cəhətdən dəstəkləyən ölkələri qınayıblar
Britaniyanın Baş naziri Rişi Sunak bu gün Münxendə ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşüb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, liderlər Putinin Ukraynada apardığı müharibənin həm ərzaq və enerji təhlükəsizliyinə təsiri, həm də suverenlik kimi beynəlxalq səviyyədə qəbul edilmiş normalara təsirləri baxımından qlobal müharibə olduğunu qeyd ediblər.

Baş nazir və vitse-prezident K.Harris Putini siyasi və hərbi cəhətdən dəstəkləyən ölkələri qınayıb.

Liderlər Ukrayna ilə bağlı beynəlxalq tədbirləri necə sürətləndirməyi, onlara müharibədə qalib gəlməyi, ədalətli və davamlı sülhü təmin etməyə necə kömək edə biləcəklərini müzakirə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru