Putinə yaxın ailə Finlandiyadan vətəndaşlıq alıb – Timçenkolara niyə güzəşt edilib?

19-02-2023, 00:12           
Putinə yaxın ailə Finlandiyadan vətəndaşlıq alıb –
Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu, milyarder Gennadi Timçenkonun qızı mövcud prosedurdan yan keçərək Finlandiya vətəndaşlığını alıb. Bundan əvvəl isə Timçenkonun özü və həyat yoldaşı Yelena Finlandiya vətəndaşlığını alıblar.

“AzPolitika.info” Rusiya mediasına istinadla xəbər verir ki, Timçenkonun qızı Kseniya Frank 2000-ci ildə 14 yaşında olarkən Finlandiya vətəndaşlığını alıb. Ərizəni təqdim etdikdən sonra valideynləri sorğunun tez bir zamanda nəzərdən keçirilməsini xahiş ediblər. Lakin Finlandiya Miqrasiya Xidməti onlara müraciətə tez bir zamanda baxılması üçün heç bir əsas olmadığını bildirib. Buna baxmayaraq, Timçenkonun qızı tezliklə vətəndaşlıq alıb. Əlsində illərlə uzanan proses cəmi bir neçə ay çəkib. Həmin dövrdə Finlandiya vətəndaşlığı üçün müraciət edənlər 2-3 il gözləməli olurdular.

Miqrasiya Xidməti Timçenkonun qızının niyə sürətləndirilmiş prosedurla vətəndaşlıq aldığını izah edə bilməyib. “Qərarı qəbul edən şəxs artıq xidmətdə işləmir, ona görə də Kseniyanın vətəndaşlıq ərizəsinə niyə daha tez baxıldığına dəqiq cavab almaq mümkün deyil”, - Xidmətdən bildirilib.

Əvvəllər məlum olub ki, Gennadi Timçenko 1999-cu ildə mövcud prosedurdan yan keçərək Finlandiya vətəndaşlığını alıb. Bu zaman əks-kəşfiyyat qurumunun rəyi olmayıb. Finlandiya mətbuatının məlumatına görə, Miqrasiya Xidməti polisin rəyini tələb etməyib. Eyni zamanda, Timçenkonun ərizəsinə olduqca sürətlə baxılıb. Qeyd olunur ki, ərizə verən zaman o, Miqrasiya Xidməti rəhbərinin dostu ilə birgə iş aparırmış. O zaman bu vəzifəni Matti Saarelaynen tutub. Əks-kəşfiyyat onun Timçenkonun vətəndaşlığının alınmasındakı rolu ilə bağlı araşdırmaya başlayıb, lakin məmur təqaüdə çıxdığı üçün istintaqı yekunlaşdırmaq mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru