Niderland rus diplomatları ölkədən çıxardır

19-02-2023, 09:34           
Niderland rus diplomatları ölkədən çıxardır
Niderland ölkədəki Rusiya diplomatlarının sayını məhdudlaşdıracaq.

Bu barədə Niderland Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, ölkə Sankt-Peterburqdakı konsulluğunu və Amsterdamdakı Rusiya ticarət nümayəndəliyini bağlayacaq.

Nazirlik bəzi rus diplomatların iki həftə ərzində Niderlandı tərk etməli olduğunu bəyan edib.

“Rusiya diplomatiya pərdəsi altında gizli şəkildə kəşfiyyat agentlərini Niderlanda köçürməyə cəhd etməkdə davam edir. Biz bunun baş verməsinə icazə verə bilmərik və verməməlityik”, - deyə xarici işlər naziri Vopke Hoekstra bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru