III Çarlzın tacqoyma mərasiminə gələcək qonaqların sayı açıqlandı

2-05-2023, 12:57           
III Çarlzın tacqoyma mərasiminə gələcək qonaqların sayı açıqlandı
Mayın 6-da Vestminster abbatlığında keçiriləcək Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində 2200-dən çox insan iştirak edəcək.

Mərasimdə 203 ölkədən qonaqlar olacaq. 100-ə yaxın dövlət isə ən yüksək səviyyədə təmsil olunacaq.

Siyahısı açıqlanmayan dövlət və hökumət başçıları, eləcə də kral ailəsinin üzvləri ilə yanaşı, III Çarlzın tacqoyma mərasimini Uels, Şotlandiya və Şimali İrlandiyanın hökumət başçıları, habelə birliyə daxil olan ərazilərin general qubernatorları müşahidə edəcəklər.

Bundan əlavə, monarxın və həyat yoldaşı Kamillanın yaratdığı xeyriyyə fondlarında çalışan 400-ə yaxın gəncə də dəvət göndərilib.

Xatırladaq ki, II Elizabet sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində övladları və nəvələrinin əhatəsində dünyasını dəyişib. Onun oğlu 73 yaşlı şahzadə III Çarlz adı ilə taxta çıxıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru