Tiflisdə taksilərə QR kodla ödəniş etmək mümkün olacaq

4-05-2023, 10:34           
Tiflisdə taksilərə QR kodla ödəniş etmək mümkün olacaq
Tiflisdə QR koddan istifadə etməklə taksi haqqını ödəmək mümkün olacaq.

Şəhər meri Kaxa Kaladzenin sözlərinə görə, bu sistemin istifadəsi könüllüdür.

QR kodlar oturacaqların arxasına və ya skan etmək üçün əlverişli olan digər yerlərdə yerləşdiriləcək.

“Hazırda taksilərdə gediş haqqı yalnız nağd şəkildə ödənilə bilər, çünki sürücülərin bank terminalları almaq imkanı yoxdur. Hesab edirəm ki, bu, ödənişləri qəbul etmək üçün innovativ və sürətli üsuldur”, - deyə o bildirib.

Mənbə: 1tv.ge












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru