8 milyon iş yeri bağlanacaq - ABŞ-da defolt ssenarisi

4-05-2023, 12:27           
8 milyon iş yeri bağlanacaq -
ABŞ-ın uzun sürən defolt ssenarisi təxminən 8 milyon iş yerinin itirilməsinə səbəb ola bilər.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evdə İqtisadi Məsləhətçilər Şurasının hesabatında deyilir.

“Moody's”in fərqli makroiqtisadi modeldən istifadə edərək təhlili də eyni nəticəyə gəlib. Milli borc tavanının xalis artması ilə, bu proqnoza görə, növbəti bir neçə rüb ərzində iş yerlərinin artımı davam edəcək və 900,000 iş yeri əlavə olunacaq.

Uzun sürən defolt ssenarisi altında iş itkiləri demək olar ki, 8 milyon təşkil edəcək.

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib ki, ABŞ prezidenti Co Bayden defoltdan qaçmaq üçün Konqres nümayəndələri ilə məsləhətləşmələr aparmağı planlaşdırmır.

O xatırladıb ki, ABŞ-ın keçmiş lideri Donald Trampın dövründə borc limiti üç dəfə qaldırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru