İtaliyaya Rusiya qazından tamamilə imtina üçün daha iki il lazım olacaq

8-05-2023, 11:44           
İtaliyaya Rusiya qazından tamamilə imtina üçün daha iki il lazım olacaq
İtaliyaya Rusiya qazının tədarükündən tamamilə imtina etmək üçün azı daha iki il lazım olacaq.
Pressklub.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın “Eni” enerji şirkətinin baş
direktoru Klaudio Deskalzi bildirib.
“İndiyədək işlər tamamlanmayıb, çünki biz 30 milyard kubmetri əvəz etmişik. Bu o qədər də
sadə deyil, çünki son 8 ildə yerli istehsal stimullaşdırılmayıb. Rusiya qazının sürətlə əvəzlənməsi
İtaliyanın Misir, Anqola, Əlcəzair, Konqo Respublikası, Mozambik və Liviya kimi ölkələrlə tarixi
əlaqələri sayəsində mümkün olub. Rusiya qazından asılılıq böyük ölçüdə aradan qaldırılıb və
yaxın gələcəkdə yeni enerji kataklizmləri gözlənilmir”, – Deskalzi qeyd edib.
Ukraynada müharibə başlayandan sonra İtaliya hakimiyyəti 2024-cü ilin ortalarına qədər Rusiya
qazını tamamilə dayandırmaq məqsədini açıqlayıb. Hazırda ölkənin bu yanacaq növünə ümumi
tələbatının 10%-ə qədəri Rusiyadan gəlir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru