İran ABŞ hərbçilərini vurmaq üçün Suriyaya silah göndərib - AÇIQLMA

8-05-2023, 09:17           
İran ABŞ hərbçilərini vurmaq üçün Suriyaya silah göndərib - AÇIQLMA
İran hakimiyyəti zəlzələdən sonra Amerika hərbçilərinə qarşı hücumlar həyata keçirmək üçün humanitar yardım çərçivəsində Suriyaya silah göndərib.

Lent.az xəbər verir ki, bu barədə ABŞ-dan sızdığı iddia edilən məxfi sənədlərə istinadla “The Washington Post” məlumat yayıb.

Qeyd edilib ki, Tehran Suriyaya kiçik silahlar, döyüş sursatları və pilotsuz uçuş aparatları göndərib. Sənəddə deyilir ki, bu tədarüklər İraqı tərk edən konvoylar tərəfindən həyata keçirilib.

Nəşrin məlumatına görə, silahların tədarükü zəlzələdən bir gün sonra başlayıb. İraq tərəfi “The Washington Post” qəzetinə bu məlumatları təkzib edib.

Pentaqondakı mənbə sənədlərin həqiqiliyini təsdiqləməkdən imtina edib, lakin onlarda təsvir edilən fəaliyyətlərin İslam İnqilabı Keşikçiləri Korpusunun keçmişdə etdiklərinə uyğun olduğunu iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru