Çin XİN başçısı ABŞ-ı ittiham edib: "Vaşinqton əldə edilən müsbət impulsu pozub"

8-05-2023, 13:43           
Çin XİN başçısı ABŞ-ı ittiham edib:
Vaşinqton ABŞ və Çin liderlərinin Balidə Pekinə münasibətdə əldə etdiyi müsbət impulsu pozub.

“Report” xəbər verir ki, bunu Çinin xarici işlər naziri Sin Qan ABŞ-ın bu ölkədəki səfiri Nikolas Börnslə görüşdə deyib.

Nazir Pekin Vaşinqton münasibətlərin sabitləşməsinin əsas prioritet olduğunu vurğulayıb.

S.Qan qeyd edib ki, ötən ilin noyabrında Çin lideri Si Cinpin və ABŞ Prezidenti Cozef Bayden İndoneziyanın Bali adasında “G-20” sammiti çərçivəsində uğurlu danışıqlar aparıblar: “Liderlər mühüm razılaşmalar əldə ediblər. Ancaq o vaxtdan bəri ABŞ bir sıra yanlış hərəkətləri və bəyanatları ilə ikitərəfli münasibətlərdə çətin qazanılmış müsbət dinamikanı pozub”.

O bildirib ki, Çinlə ABŞ arasında münasibətlər yenidən “buz üzərində büdrəyib”.

Nazir onu da vurğulayıb ki, Çin ABŞ-a münasibətdə qarşılıqlı hörmət, dinc yanaşı yaşamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə qəti şəkildə əməl edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru