Yaponiya hökumətindən vətəndaşlara: Hara istəyirsinizsə, rahat gedin
9-05-2023, 12:59
Yaponiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkə vətəndaşları üçün xaricə səyahət xəbərdarlığını tamamilə ləğv edib.
Qeyd olunur ki, Yaponiya ilk olaraq 2020-ci ilin yanvarında Çinə səyahət edənlər üçün birinci səviyyəli tövsiyələr təqdim edib. Bir müddət sonra dünyanın 159 ölkəsinə səyahət xəbərdarlığını ehtiva edən “Üçüncü səviyyəli tövsiyələr”, 2022-ci ilin oktyabr ayından isə digər ölkələrə səfər edərkən “tam hazır olmağa” çağıran təlimatlar verilib.
Xatırladaq ki, mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 üçün pandemiya statusunu ləğv edib. ÜST-nin baş direktoru Tedros Qebreyesusun sözlərinə görə, son bir il ərzində təşkilatın fövqəladə hallar komitəsi koronavirusun yayılmasına nəzarət edib və fövqəladə vəziyyətin ləğv edilə biləcəyi qənaətinə gəlib.