İrana yeni sanksiyalar tətbiq edildi

23-05-2023, 09:14           
İrana yeni sanksiyalar tətbiq edildi
Avropa İttifaqı İrandan olan beş fiziki və iki hüquqi şəxsə sanksiya tətbiq edib.
Bu barədə Aİ Şurasının saytında məlumat verilib.
Beləliklə, hazırda Aİ-nin sanksiya siyahısına salınan iranlı fiziki şəxslərin sayı 216-ya və hüquqi şəxslərin sayı 37-ə çatıb.
Bildirilir ki, İran Hüquq-Mühafizə Qüvvələrinin Tehran Polisinə Yardım Dəstəsinin komandiri, iranlı etirazçıları müdafiə edən vəkil Məryəm Arvinin ölümündə əli olduğu güman edilən şəxs, İran polis məmuru, İranın Kiberməkan Ali Şurasının katibi, kiberməkanda hücum edən şəxs "qara siyahı"ya salınıb.
Bu şəxslərin Avropa İttifaqındakı aktivləri bloklanacaq, Avropa İttifaqı ölkələrinə girişi qadağan ediləcək və Avropa İttifaqı vətəndaşlarına bu şəxslərlə əməkdaşlıq etmək qadağan ediləcək.
İslam İnqilabı Keşikçiləri Korpusunun Kooperativ Fondu və Bəsic tələbə təşkilatına qarşı da sanksiyalar tətbiq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru