Peru parlamenti Meksika prezidentini “persona non qrata” elan edib

23-05-2023, 08:56           
Peru parlamenti Meksika prezidentini “persona non qrata” elan edib
Peru Konqresinin (Parlamenti – Red) Beynəlxalq Əlaqələr Komissiyası Meksika prezidenti Andres Manuel Lopez Obradorun Cənubi Amerika respublikasının hakimiyyətini tənqid etdiyinə görə onun “persona non qrata” (arzuolunmaz şəxs) elan edilməsi ilə bağlı qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə parlamentin tviter səhifəsində məlumat yerləşdirilib.

Qeyd olunub ki, 11 lehinə səslə Beynəlxalq Əlaqələr Komissiyası Meksika prezidenti Andres Manuel Lopez Obradorun bəyanatlarını pisləyən və onu “persona non qrata” elan edən qətnaməni təsdiqləyib.

İndi təşəbbüsə Konqresin plenar iclasında baxılmalıdır. Bu ilin fevralında Peru parlamenti Kolumbiya prezidenti Qustavo Petronu “persona non qrata” elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru