Almaniya Ukrayna üçün yeni hərbi yardım paketi açıqlayıb. Bu barədə Almaniya hökuməti məlumat yayıb. Bildirilir ki, yeni paketə TRML-4D hava hücumundan müdafiə radarı və "Vektor" kəşfiyyat tipli pilotsuz uçuş aparatları daxildir. Bunlardan başqa Ukraynaya zirehli körpülər, PUA əleyhinə sistemlər və digər texnikalar veriləcək. TRML-4D radarı təyyarə, helikopter və qanadlı raketlər kimi müxtəlif növ hava hədəflərini erkən aşkar etməyə qadirdir.