Pakistan Rusiya bazarına birbaşa çıxış əldə edib

27-05-2023, 12:03           
Pakistan Rusiya bazarına birbaşa çıxış əldə edib
Pakistan İslam Respublikası ilə dəniz ticarəti əlaqələri açan Rusiya bazarına birbaşa çıxış əldə edib. Bunu Pakistanın dənizçilik naziri Seyid Feysal Sabzvari deyib.

“Rusiya bayraqlı konteyner gəmisinin Kəraçiyə gəlməsi Pakistan üçün əlamətdar nailiyyətdir. Ölkənin ticarət şirkətləri artıq Rusiya bazarına birbaşa çıxış əldə edirlər”, - deyə o bildirib.

Sabzvarinin sözlərinə görə, Pakistan mallarının Rusiyaya birbaşa ixracı iki ölkə arasında işgüzar əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.

Aprel ayında İslamabad və Moskvanın əldə etdiyi razılaşma çərçivəsində Rusiya neftini daşıyan ilk tankerin iyunun əvvəlində Pakistana çatması planlaşdırılır. Rusiya neftinin Pakistana tədarükünün bir barel üçün 16-18 dollar endirimlə sutkada 100 min barelə çatacağı gözlənilir. Rusiyadan neft ixracına görə ödənişlər Çin yuanı ilə həyata keçiriləcək. (Mənbə: Dawn)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru