Serbiya prezidenti partiya liderliyindən istefa verəcəyini açıqladı

27-05-2023, 11:58           
Serbiya prezidenti partiya liderliyindən istefa verəcəyini açıqladı
Serbiya Prezidenti Aleksandr Vuçiç hakim Serb Tərəqqi Partiyasının sədri vəzifəsindən istefa verəcəyini açıqlayıb.

“Bu gün Serb Tərəqqi Partiyasının sədri kimi sizə müraciət etdiyim son axşamdır. Sabah mən artıq siyasi partiyanın sədri deyil, Serbiyanın bütün vətəndaşlarının lideri olacağam”, - deyə Vuçiç ölkə hökumətinə dəstək məqsədilə keçirilən ümummilli mitinq iştirakçıları qarşısında çıxış edərkən bildirib.

Xatırladaq ki, bundan əvvəl Vuçiç yeni siyasi hərəkatın – “Serb bloku”nun yaradılmasının zəruriliyini bəyan etmişdi. Onun sözlərinə görə, bu hərəkat başqa dövlətlərin deyil, respublikanın maraqlarını müdafiə edəcək.
Aleksandar Vuçiç yeni, partiyalarüstü siyasi hərəkatın may ayında Serbiyada yaradıla biləcəyini demişdi.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru