Pekin misli görünməmiş daşqınlarla üzləşib

3-08-2023, 12:58           
Pekin misli görünməmiş daşqınlarla üzləşib
Son bir neçə gündə təbii fəlakət nəticəsində azı 20 nəfərin həlak olduğu, regionun müxtəlif şəhərlərində 133 mindən çox insanın zərər çəkdiyi bildirilir.
Çinin paytaxtı aramsız leysan yağışlarının səbəb olduğu misli görünməmiş daşqınlarla üzləşib.
Sinxua agentliyinə görə, xilasedicilər Pekin məhəllələrinin birində bloklanmış vəziyyətdə qalan insanların köməyinə çatmağa çalışırlar. Helikopterlər yolları su altında qalmış ucqar ərazilərə ləvazimatlar daşıyır.
Son bir neçə gündə təbii fəlakət nəticəsində azı 20 nəfərin həlak olduğu, regionun müxtəlif şəhərlərində 133 mindən çox insanın zərər çəkdiyi bildirilir. Aramsız yağan yağışlar küçələri su altında qoyub, ağaclar kökündən çıxıb, elektrik xətləri zədələnib.
Daşqınlar Pekin hakimiyyətini çaş-baş qoyub. Çünki Çin paytaxtında yay adətən yağmursuz və isti keçir.
sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru