Blinken: İki dövlətli həll yolu İsrailin HAMAS-a qarşı müharibəsinin məqsədi olmalıdır
4-11-2023, 08:54
ABŞ dövlət katibi Entoni Blinken deyib ki, müharibənin məqsədi təkcə HAMAS-ı məğlub etmək deyil, həm də iki dövlətli həlli ehtiva edən daha parlaq gələcək yaratmaqdır.
Bu barədə ABŞ dövlət katibi İsrailə səfərinin yekununda mətbuat brifinqində deyib.
"Bu, təkcə HAMAS-ı fiziki cəhətdən məğlub etməklə bağlı deyil. Bu, oktyabrın 7-də etdiklərini onların təkrarlaya bilməyəcəyinə əmin olmaqdır, lakin bu, eyni zamanda, bir ideyanı - təhrif olunmuş bir fikri məğlub etməkdən ibarətdir. Biz daha yaxşı bir ideya uğurunda mübarizə aparmalıyıq", - dövlət katibi bildirib.
O əlavə edib ki, iki dövlət yanaşması insanlarda gələcəyə ümid yarada bilər və bütün regionda onu dəstəkləyən geniş və güclü koalisiya mövcuddur.