Qəzza üçün dəniz dəhlizi ideyasını müzakirə edildi

4-11-2023, 10:44           
Qəzza üçün dəniz dəhlizi ideyasını müzakirə edildi
Kipr prezidenti Nikos Kristodulides Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen ilə telefon danışığı aparıb və o, Qəzza zolağının sakinlərinə yardım göstərmək üçün dəniz humanitar dəhlizinin təşkili ideyasını müzakirə edib.

32gun.az bildirir ki, bu barədə respublika hökumətinin rəsmi nümayəndəsi Konstantinos Letimpiotis "X" sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

"Müzakirələr zamanı regionda baş verən böhran, region ölkələri üçün Avropa İttifaqının fəal iştirakının və dəstəyinin əhəmiyyəti, eləcə də əhaliyə humanitar yardım göstərmək üçün Kiprdən Qəzzaya dəniz dəhlizinin təşkili ilə bağlı Kiprin təşəbbüsü müzakirə edilib" – deyə Letimpiotis qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru