“Vaqner” Putindən xahiş etdi: Bizi Qəzzaya göndər! – VİDEO

6-11-2023, 00:01           
“Vaqner” Putindən xahiş etdi:
“Vaqner” üzvlərindən biri Rusiya lideri Vladimir Putinə video-müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə “Vaqner”in sosial media hesabında məlumat yayılıb.

Üzü bağlı olan vaqnerçi adını çəkmək istəmədiyi yerdən yeni gəldiklərini bildirib:

“Mən müdafiə naziri Şoyquya, Baş Qərargah rəisi Gerasimova deyil, birbaşa Prezident Vladimir Putinə müraciət edirəm: xahiş edirəm, bizi “Vaqner” komandanlığı altında ya Ukraynaya, ya da Fələstinə göndərin!”

O bildirib ki, kimlərləsə hansısa müqavilə bağlamaq istəmirlər (vaqnerçilərə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq öhdəliyi qoyulub):

“Biz heç vaxt sizə qarşı olmamışıq, Vladimir Vladimiroviç! Çinki biz vətənpərvərik. Ona görə sizdən acizanə xahiş edirik: icazə verin, Ukrayna və ya Fələstinə “Vaqner” adı altında gedək. İnanırıq ki, siz bizi yaxşı başa düşürsünüz”.

O bildirib ki, bununla bağlı vaqnerçilərin Putinə rəsmi məktubu var və o məktub Putinə çatanda, yəqin ki, doğru qərar verəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru