Avropa Rusiya yanacağının idxalını artırıb

6-11-2023, 07:54           
Avropa Rusiya yanacağının idxalını artırıb
Mütəxəssislərin fikrincə, 2023-cü ilin 9 ayı ərzində Rusiyadan Avropa İttifaqına mayeləşdirilmiş təbii qazın tədarük həcmi əhəmiyyətli dərəcədə artıb.
“Report” xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti yazıb.

İspaniya və Belçika ötən illə müqayisədə Rusiyadan mayeləşdirilmiş qazın (LNG) alışını 50% artırıb. Belə ki, İspaniya Rusiyadan 5,21 milyard kubmetr, Belçikadan 3,14 milyard kubmetr qaz idxal edib və bu ölkələr üçün idxalda Rusiya yanacağının payı müvafiq olaraq 26,5 faiz və 37,2 faiz təşkil edib.

Qeyd olunub ki, Avropa logistik üstünlükləri, eləcə də əlverişli alternativlərin olmaması səbəbindən Rusiyanın enerji resurslarından tamamilə imtina edə bilmir.

Ekspertlər hesab edirlər ki, sərtləşən “yaşıl gündəm” fonunda avropalı siyasətçilər regionun enerji təhlükəsizliyini təmin etmək üçün praqmatik yanaşmaya əl atmağa məcburdurlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru