AK-dən həyəcan: Yəhudilər Avropada qorxu içindədir

6-11-2023, 09:30           
AK-dən həyəcan: Yəhudilər Avropada qorxu içindədir
Avropa Komissiyası AB-də antisemitizmlə bağlı insidentlərin artmasını tənqid edib.

Axar.az xəbər verir ki, bu barədə AK-nin saytında yerləşdirilən məlumatda deyilir.

"Son bir neçə gündə Avropada antisemitizm hadisələrinin artması tarixin qaranlıq bir dövrünü xatırladan qeyri-adi səviyyəyə çatıb. Bu gün Avropa yəhudiləri yenidən qorxu içində yaşayır", - məlumatda deyilir.

Qeyd olunur ki, bu yaxınlarda Almaniyada sinaqoqa "Molotov kokteyli" atıblar, Fransada isə evlərin fasadlarına "Davud ulduzları" çəkiblər. Bundan başqa, Avstriyada yəhudi qəbiristanlığı təhqir edilib, İspaniyada yəhudi mağaza və sinaqoqlarına hücum olunub.

Vurğulanır ki, nümayişlər zamanı tez-tez antisemitizmlə bağlı şüarlar eşidilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru