ABŞ İsrailə yüksək dəqiqlikli bombalar verəcək

7-11-2023, 11:09           
ABŞ İsrailə yüksək dəqiqlikli bombalar verəcək
ABŞ prezidenti Co Baydenin administrasiyası İsrailə 320 milyon dollar dəyərində yüksək dəqiqlikli bombalar göndərməyi planlaşdırır.

Məlumata görə, ABŞ administrasiyası Konqresə belə silahları İsrailə ötürmək niyyətində olduğu barədə bildiriş göndərib.

Söhbət İsrailin “Rafael” şirkəti tərəfindən hazırlanmış “Spice” bombaları silsiləsində gedir.

Razılaşmaya əsasən, konsernin törəmə şirkəti “Rafael USA” silahları əsas şirkətə təhvil verəcək, o da öz növbəsində onları İsrail ordusuna tədarük edəcək.
Qeyd edək ki, “Spice” bombaları 125 km-ə qədər məsafədəki hədəfləri vura bilir.

Xatırladaq ki, ötən həftə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri respublikaçıların təklif etdiyi İsrailə 14,3 milyard dollarlıq yardımın ayrılması ilə bağlı qanun layihəsini böyük səs çoxluğu ilə dəstəkləyiblər.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru