Zelenskinin İsrailə səfəri təxirə salınıb

7-11-2023, 19:24           
Zelenskinin İsrailə səfəri təxirə salınıb
Ukrayna Prezidenti Vladimir Zelenskinin İsrailə səfəri təxirə salınıb.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski əvvəlcədən planlaşdırılsa da, bu gün İsrailə səfər etməyəcək.

Bildirilib ki, onun gəlişi ilə bağlı xəbərlərin keçən həftəsonu mətbuata sızması bu səfərin təxirə salınmasına səbəb olub.

İsrail diplomatik mənbələri hələ də onun səfərinin gözlənildiyini, lakin hazırkı mərhələdə səfərlə bağlı tarixin bəlli olmadığını bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru