Ermənistan Rusiya silahlarından imtina edir?

8-11-2023, 09:09           
Ermənistan Rusiya silahlarından imtina edir?
Ermənistan bundan sonra köhnə silahlardan istifadə etməyəcək, fəal şəkildə yeni müasir tərəfdaşlıqlar və silahlar axtaracaq.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik üzrə parlament komissiyasının rəhbəri Andranik Köçəryan yerli ictimai televiziyaya müsahibəsində bildirib.

Andranik Köçəryan Ermənistanın ordusunu modernləşdirməyə çalışdığını vurğulayaraq, yeni və müasir silahlar əldə etməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu, hücum əməliyyatları keçirmək üçün deyil, etibarlı müdafiəni təmin etmək və sərhədlərin toxunulmazlığını qorumaq məqsədi daşıyır.

Eyni zamanda, Andranik Köçəryan “Rusiyanın saziş imzalanmasına rəğmən nəzərdə tutulan silahların tədarükü yerinə yetirilməməsindən” şikayətlənib.

"Biz Rusiya ilə strateji və tərəfdaşlıq münasibətlərimizin vəziyyətindən narahatıq. Lakin bu o demək deyil ki, ehtiyaclarımızı ödəmək üçün başqa yollar və tərəfdaşlıqlar axtarmamalıyıq", - deyə deputat qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru