1 milyon uşağın taleyi: UNISEF həyəcan təbili çalır

11-11-2023, 11:27           
1 milyon uşağın taleyi:
Qəzza zolağında bir milyon uşağın həyatı tükdən asılı vəziyyətdədir.

Yenisabah.az xəbər verir ki, bunu UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Adel Xodr bildirib.

“Minlərlə və minlərlə uşaq döyüşlər şiddətləndiyi üçün Qəzzanın şimalında qalır. Bu uşaqların gedəcək yerləri yoxdur və böyük risk altındadırlar, - deyə Xodr açıqlamasında bildirib. - Xəstəxanaları qorumaq və həyati vacib tibbi ləvazimatları çatdırmaq müharibə vaxtı məsuliyyətidir və hər ikisinə indi ehtiyac var".

UNICEF-in məlumatına görə, hələ döyüşlər başlamazdan əvvəl Qəzza zolağında uşaq sağlamlığı xidmətləri ciddi şəkildə yüklənmişdi: səhiyyə sektorunda lazımi fiziki infrastruktur, tibbi avadanlıq yox idi və elektrik enerjisinin kəsilməsi səbəbindən xidmətlər, o cümlədən su təchizatı tez-tez kəsilirdi.

Həmçinin qeyd edilir ki, 1,5 milyondan çox məcburi köçkün, o cümlədən 700 mini uşaq hazırda təhlükəsiz su əldə etməkdə çətinlik çəkir və dəhşətli sanitar şəraitdə yaşayır. Xüsusilə uşaqlar üçün təhlükəli olan su və digər xəstəliklərə yoluxma riski hər gün artır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru