ABŞ hökuməti ilə bağlı təhlükə yarandı: Fəaliyyətini dayandırır?

6-01-2024, 11:04           
ABŞ hökuməti ilə bağlı təhlükə yarandı:
ABŞ hökuməti yanvarda qismən fəaliyyətini dayandıra bilər.

Bu barədə ABŞ administrasiyasının İnzibati-Büdcə İdarəsinin rəhbəri Şalanda Yanq bildirib.

Onun sözlərinə görə, Ağ Ev və Konqres hələ də cari il üçün xərclərin səviyyəsi ilə bağlı razılığa gəlməyiblər.

“Konqress rəhbərliyi bunun konstruktiv həll yolu olmadığını başa düşsə də, bu niyyətindən çəkilə biləcəkmi?”, – deyə Şalanda Yanq qeyd edib.

Noyabrın 17-də ABŞ Prezidenti Co Bayden Amerika hökumətinin maliyyələşdirilməsi haqqında qanun imzalayıb ki, bu qanunda İsrail və Ukraynaya dəstək üçün vəsaitin ayrılması nəzərdə tutulmayıb. Qeyd olunub ki, bu qanunun imzalanması hökumətin fəaliyyətini dayandırmasının qarşısını almağa imkan verib ki, bu proses həmçinin şatdaun da adlandırılır.

Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru