Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı açıqlanıb

6-01-2024, 11:38           
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı açıqlanıb
Yaponiyada altıncı gündür davam edən silsilə zəlzələ nəticəsində ölənlərin sayı 110-a çatıb.

Məlumata görə, ən azı 516 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təcili yardım xidmətləri hələ də 222 sakini tapa bilməyiblər. Yaponiya özünümüdafiə qüvvələrinin də cəlb olunduğu fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Ən böyük ziyan İşikava prefekturasına dəyib. Orada 250-dən çox ev dağılıb, 300-dən çox tikili isə yanıb. Həmin bölgədə elektrik enerjisi, su və yanacaq çatışmazlığı davam edir.

Qeyd edək ki, Yaponiyada zəlzələlər nəticəsində ölənlərin sayı son yeddi ildə ilk dəfə olaraq yüz nəfəri ötüb.
Xatırladaq ki, 2016-cı ildə ölkənin cənub-qərbindəki Kumamoto prefekturasında 273 nəfərin ölümünə səbəb olan dağıdıcı zəlzələ qeydə alınıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru