Cənubi Koreyaya doğru 200 mərmi atılmasının səbəbi…

6-01-2024, 11:37           
Cənubi Koreyaya doğru 200 mərmi atılmasının səbəbi…
Yanvarın 5-də yerli vaxtla saat 09:00-dan 11:00-dək Şimali Koreya ordusunun bölmələri ölkənin cənub-qərb sahillərində döyüş atışlı dəniz təlimləri keçirib.

Bu barədə Koreya Xalq Ordusunun Baş Qərargahının məlumatında deyilir.

Bildirilib ki, dəniz qüvvələrinin döyüş atışlı təlimi ilin əvvəlindən bütün sərhəd bölgəsi yaxınlığında irimiqyaslı artilleriya atəşi və manevrlər həyata keçirən Cənubi Koreya ordusuna qarşı görülən təbii cavab tədbiridir.

“Döyüş mərmilərinin atış istiqaməti hətta Panqnendo və Yeonfendo adalarına dolayı təsir belə göstərməyib", - hesabatda deyilir.

Xatırladaq ki, Şimali Koreya yanvarın 5-də səhər öz qərb sahillərindəki sulara 200-ə yaxın artilleriya mərmisi atıb.

Buna cavab olaraq Cənubi Koreya Şimali Koreya istiqamətində 400-ə yaxın atəş açıb.
axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru