Rusiya sərhədinin təxminən 2 ay daha bağlı qalacağını açıqladılar

9-02-2024, 15:54           
Rusiya sərhədinin təxminən 2 ay daha bağlı qalacağını açıqladılar
Finlandiya Rusiya sərhədinin təxminən 2 ay daha bağlı qalacağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Finlandiyanın daxili işlər naziri Mari Rantanen paytaxt Helsinkidə keçirilən mətbuat konfransındakı çıxışında deyib.

Rusiyadan immiqrasiyanın Finlandiyanın milli təhlükəsizliyi və ictimai asayişi üçün ciddi təhdid yaratdığını deyən Rantanen, Moskvanın mühacirləri Finlandiya sərhədinə doğru istiqamətləndirən “hibrid əməliyyatını” dayandırdığına dair heç bir əlamət görmədiklərini bildirib.

Rantanen bu səbəbdən Rusiya ilə sərhədin bağlanması qərarının aprelin 14-dək uzadıldığını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru