\Moskvanın mərkəzində qanuni oğru Nodar Tbiliski həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Daxili İşlər Nazirliyi yayıb. O, Fransa və Belçikada törətdiyi cinayətlərə görə həbs edilib. Qanuni oğrunun Fransaya ekstradisiya olunacağı gözlənilir.
Qeyd edək ki, Nodar Tbiliskinin əsl adı Nodar Aloyandır. O, milliyətcə yezidi kürdüdür. Aloyan bir müddət öncə həbs edilən Rusiya mafiyasının lideri Zaxar Kalaşovun ən yaxın adamlarından hesab edilir.