Ermənistan Konstitusiyanı dəyişməkdən imtina edir? - AÇIQLAMA

19-04-2024, 16:18           
Ermənistan Konstitusiyanı dəyişməkdən imtina edir? - AÇIQLAMA
“Ermənistan Konstitusiyasının dəyişdirilməsi ölkənin daxili işidir”.

Bunu Ermənistan Xarici İşlər Nazirliyi “Sputnik Ermənistan”ın Azərbaycanın bu məsələ ilə bağlı tələbinə dair sorğusuna cavab olaraq bildirib.

"Konstitusiyanın dəyişdirilməsi məsələsi tamamilə ölkədaxili prosesdir", - XİN vurğulayıb.

Bu il yanvarın 19-da hökumətin iclasında baş nazir Nikol Paşinyan bildirmişdi ki, hazırkı geosiyasi və regional şəraitdə Ermənistanı daha rəqabətli və həyat qabiliyyətli edəcək yeni fundamental qanuna ehtiyac var.

O zaman yerli mətbuat Ermənistan hakimiyyətinin Azərbaycanın təzyiqi ilə Konstitusiyaya dəyişiklik etmək qərarına gəldiyi barədə məlumatlar yayıb.

Fevralın əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev də bildirmişdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar Ermənistanın Konstitusiyasında öz əksini tapıb.

Rəsmi Bakı bir neçə dəfə bəyan edib ki, sülh müqaviləsinin imzalanması Ermənistanın yeni Konstitusiya qəbul edəcəyi təqdirdə mümkün olacaq.

Ermənistanın hazırkı Konstitusiyanın preambulasında onun 1990-cı il müstəqillik Bəyannaməsində təsbit olunmuş prinsiplər əsasında qəbul edildiyi qeyd olunur.

"Cebhe.info"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru