İran Ədliyyə Tibb Təşkilatının hadisə yeri araşdırma qrupunun rəhbəri Əli Ziyayi 2011-2021-ci illər arasında 42 min 685 motosikletçinin yol qəzalarında öldüyünü açıqlayıb. Rəsmi məlumata görə, həlak olanların 95,6 faizi kişilər, qalanları isə qadınlardır. Motosiklet qəzalarının təxminən 90 faizi ciddi xəsarət və ya ölümlə nəticələnir. Həmçinin, ən ölümcül xəsarətlərin baş, kəllə və beyin xəsarətləri olduğu bildirilir. Джавид Дамирли TEREF