Trampdan rüsumlarla bağlı yeni Fərman - Siyahı Dünən, 15:02 ABŞ Prezidenti Donald Tramp 60-dan çox ölkə və Avropa İttifaqını əhatə edən yeni gömrük tarifləri ilə bağlı Fərman imzalayıb.Referans xəbər verir ki, sənədi Ağ Ev yayıb.Ən yüksək rüsumlar Suriya (41%), Myanma (40%), Laos (40%), İsveçrə (39%), Serbiya (35%) və İraq (35%) kimi ölkələrə tətbiq edilib.Yeni tariflər avqustun 7-si qüvvəyə minəcək.Fərmana əsasən, siyahıda olmayan ölkələrə 10% həcmində “baza səviyyəsində” rüsumlar tətbiq olunacaq.Onu da qeyd edək ki, Azərbaycan sözügedən siyahıda yer almayıb.Bununla yanaşı, Tramp digər bir Fərmanla Kanadaya qarşı gömrük rüsumlarını 25 faizdən 35 faizə qaldırıb.(Qafqazinfo) Facebook-da paylaş