Çində “WhatsApp” bloklanır

20-04-2024, 10:14           
Çində “WhatsApp” bloklanır
“Apple” şirkəti Çindəki “App Store”dan “WhatsApp” və “Threads” tətbiqlərini silib.
Agentlik “Apple” şirkətinin bəyanatına istinadən yazır ki, bu, milli təhlükəsizlik səbəbi ilə Çin hakimiyyətinin tələbi ilə edilib.
“Bizdən fəaliyyət göstərdiyimiz ölkələrin qanunlarına riayət etmək tələb olunur, hətta onlarla razılaşmasaq belə”, deyə ABŞ şirkətinin bəyanatında qeyd edilir.
“Reuters” aydınlaşdırır ki, “Meta”nın digər tətbiqləri, o cümlədən “Facebook” və “Instagram” hələ də Çin “App Store”da mövcuddur. “Meta” şərh verməkdən imtina edib.
Çin texnologiya sənayesindən bir neçə ekspert “WhatsApp” və “Threads”in silinməsinin Çində aprelin 1-dən qüvvəyə minmiş qayda ilə bağlı ola biləcəyi ehtimalını irəli sürüb. Yeni qaydalara əsasən, Çində mövcud olan bütün tətbiqlər xüsusi dövlət reyestrinə daxil edilməlidir.
“Apple” bundan əvvəl də Çin hakimiyyətinin tələbi ilə tətbiqləri mağazadan silib. Belə ki, 2017-ci ildə “The New York Times” qəzetinin tətbiqi silinib. Keçən il Çindəki “App Store”dan süni intellektlə əlaqəli bir neçə proqram yoxa çıxıb.
Mənbə:Reuters












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru