SON DƏQİQƏ! Səudiyyə kralı xəstəxanaya yerləşdirildi

20-05-2024, 00:09           
SON DƏQİQƏ! Səudiyyə kralı xəstəxanaya yerləşdirildi
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud yüksək hərarət və oynaq ağrıları səbəbilə Ciddədəki xəstəxanada tibbi müayinədən keçib.

TEREF axar.az-a istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb.

"İki Müqəddəs Ocağın xadimi Kral Salman bin Əbdüləziz əs-Səudun bazar günü tibbi müayinədən keçməsinə qərar verilib. Yüksək hərarət və oynaq ağrılarından əziyyət çəkən kral mayın 19-da Ciddə Kral Əs-Salam Sarayı Xəstəxanasına yerləşdirilib. Müalicə aparan həkim qrupu onun səhhətini yoxlamaq və narahatlığa səbəb olmadığına əmin olmaq üçün bir sıra müayinələr keçirməyi qərara alıb", - məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru