Putinin mobil nömrəsi açıqlandı - İnanılmaz

13-10-2016, 14:24           
Putinin mobil nömrəsi açıqlandı - İnanılmaz
İnternetdə Rusiya prezidenti Vladimir Putin və başqa 78 milyon Rusiya vətəndaşının nömrəsi yerləşdirilib.

Aznews.az xarici KİV-lərə istinadən xəbər verir ki, internetdə phonenumber.to adlı sayt peyda olub. Sözügedən saytda Rusiya vətəndaşlarının adları, soyadları, ünvanları və mobil nömrələri yerləşdirilib. İstənilən şəxs heç bir ödəniş etmədən bu məlumatları əldə edə bilər. Bu nömrələrin səhv və ya düz olduğunu yalnız yoxlayaraq öyrənmək mümkündür.


Saytın yaradıcıları bildirib ki, saytda yerləşdirilən məlumatlar sosial şəbəkələrdən toplanıb Eyni zamanda insanlar özləri də öz məlumatlarını daxil edə bilərlər. Lakin istifadəçilər saytda heç bir sosial şəbəkədə qeydiyyatı olmayan ailə üzvlərinin və yaxın qohumlarının da məlumatlarının yerləşdirildiyini qeyd ediblər.

Sorğulara sasən, istifadəçilər daha çox Savçenko, Poroşenko, İŞİD terror qruplaşması, Putin və digərlərinin telefon nömrələrini araşdırırlar.

Hazırda sayt fasilələrlə işləyir. Görünən odur ki, istifadəçilərin sayı getdikcə artdığı üçün resurs artan marağı qarşılaya bilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru