Çin ABŞ-nin tarifləri ilə bağlı ÜTT-də növbəti dəfə iddia qaldırıb

10-04-2025, 07:54           
Çin ABŞ-nin tarifləri ilə bağlı ÜTT-də növbəti dəfə iddia qaldırıb
Çin ABŞ prezidenti Donald Trampın Çindən idxal olunan mallara rüsumları artırması ilə bağlı Ümumdünya Ticarət Təşkilatında (ÜTT) növbəti dəfə iddia qaldırıb.
Bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

"Çin son tarif artımı ilə bağlı ABŞ-yə qarşı ÜTT mübahisələrinin həlli mexanizmi çərçivəsində iş qaldırıb. Vaşinqtonun əlavə tariflər tətbiq etməsi ciddi səhvdir və bir daha ABŞ-nin birtərəfli hədə-qorxusunu nümayiş etdirir. Çin öz qanuni hüquq və maraqlarını ÜTT qaydalarına uyğun olaraq qətiyyətlə qoruyacaq, çoxtərəfli ticarət sistemini və beynəlxalq iqtisadi-ticarət nizamını qətiyyətlə dəstəkləyəcək", - məlumatda deyilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.