Avropa Şurası ABŞ-yə qarşı ticarət tariflərini təsdiqləyib

10-04-2025, 08:14           
Avropa Şurası ABŞ-yə qarşı ticarət tariflərini təsdiqləyib
Avropa Şurası aprelin 15-dən qüvvəyə minəcək ABŞ mallarına tətbiq edilən ilk tarif paketini təsdiqləyib.
Bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.

“Avropa İttifaqı ölkələri Avropa Komissiyasının ABŞ-yə qarşı ticarətlə bağlı əks-tədbirlər tətbiq etmək təklifinin lehinə səs verib”, - bəyanatda deyilir.

Sənəddə vurğulanır ki, bu tariflər ABŞ-nin polad və alüminium tariflərinin birinci blokuna cavab olaraq tətbiq edilir və aprelin 15-dən başlayacaq.

Tariflər 21 milyard avroluq Amerika idxalına şamil ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru