ABŞ Filippini bu ölkəylə müharibəyə hazırlayır: Gəmi əleyhinə raketlər, birgə təlimlər və daha nələr...

Bu gün, 08:44           
ABŞ Filippini bu ölkəylə müharibəyə hazırlayır:
ABŞ qüvvələri Filippində gəmi əleyhinə raketlər yerləşdirib.

Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, buna səbəb Çinin son vaxtlar bu coğrafiyada aktivləşməsi, bölgədə qaynar nöqtələrin artmasıdır.

Məlumat üçün qeyd edək ki, Çin qoşunları bugünlərdə Vyetnamın balıqçılıq məntəqəsinin yerləşdiyi kimsəsiz Send Key adasını ələ keçiriblər. Send Key Filippinin ən mühüm hərbi bazalarından birinin yerləşdiyi Titu adasından cəmi bir neçə kilometr aralıdadır.

Çinin bu addımı Filippində ciddi narahatlıqla qarşılanıb. Mövcud vəziyyəti diqqətlə izləyən ABŞ, ənənəvi müttəfiqi Filippini Çinlə mümkün qarşıdurmaya hazırlamaq üçün ciddi hərbi dəstək kampaniyasına start verib. Belə ki, Pentaqon Filippinin Batan adasında ilk dəfə gəmi əleyhinə raketlər yerləşdirib. Həmçinin, Zambales əyalətində raket və artilleriyanın iştirakı ilə canlı atəş təlimləri keçirib.

Çin ABŞ-Filippin təlimlərini təxribat kimi xarakterizə edib. Mütəxəssislər isə hesab edir ki, ABŞ-ın Filippində hərbi baxımdan möhkəmlənməsi Vaşinqtonun Çinlə qarşıdurmaya hazırlıq planının bir hissəsi ola bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.