“Hindistan bizim su təchizatımızı kəssə, biz onların hava təchizatını kəsəcəyik”

28-04-2025, 08:16           
“Hindistan bizim su təchizatımızı kəssə, biz onların hava təchizatını kəsəcəyik”
Hindistanın hər hansı təxribat cəhdi cavabsız qalmayacaq, Pakistan xalqı ordusunun yanındadır və lazım gələrsə, birlikdə mübarizə aparmağa hazırdır.

Tribunainfo.az xəbər verir ki, Pakistanın dəmir yolları naziri Hənif Abbasi öz iqamətgahında Hindistanla bağlı son hadisələrə dair keçirdiyi mətbuat konfransında deyib.

Abbasi qeyd edib ki, Pakistanın müdafiə sistemləri tam hazır vəziyyətdədir və “Quri”, “Qəznəvi”, o cümlədən “Şahin” raketləri elə-belə istehsal edilməyib.

“Əgər Hindistan bizim su təchizatımızı kəssə, biz onların hava təchizatını kəsəcəyik”, – Abbasi qeyd edib./APA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.