Rumıniya XİN: Rusiya prezident seçkilərinə müdaxilə edib

Bu gün, 10:24           
Rumıniya XİN: Rusiya prezident seçkilərinə müdaxilə edib
Rumıniyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Andrey Çernya ölkədə keçirilən prezident seçkilərinin ikinci turuna Rusiyanın müdaxilə etdiyini bildirib.

Rəsmi şəxs bu barədə “X”dəki səhifəsində yazıb.

"Rumıniyada davam edən prezident seçkiləri zamanı biz yenidən Rusiyanın müdaxilə əlamətlərini görürük", - Çernya bildirib.

Onun sözlərinə görə, seçki prosesinə təsir göstərmək üçün teleqram messencerində yalan xəbərlər kampaniyası başlanıb.

Qeyd edək ki, mayın 18-də Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilib. Yerli vaxtla saat 19:00-a (Bakı vaxtı ilə saat 20:00) olan məlumata görə, 9 milyondan çox insan səs verib ki, bu da adları seçici siyahılarında olanların 50,96 %-ni təşkil edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.