Tramp COVID vaksinləri ilə bağlı bunu TƏLƏB EDİR

Bu gün, 08:34           
Tramp COVID vaksinləri ilə bağlı bunu TƏLƏB EDİR
ABŞ Prezidenti Donald Tramp əczaçılıq şirkətlərindən koronavirusa qarşı dərmanların effektivliyinə dair məlumatları açıqlamağı tələb edir.
Ajans.az xəbər verir ki, bu barədəTramp özünün "Truth social" şəbəkəsində yazıb.

"Dərman şirkətləri COVID vaksinlərinin uğuruna aydınlıq gətirməlidirlər. Bəziləri vaksinləri milyonlarla insanın həyatını xilas edən möcüzə hesab edir, bir qisim isə bununla razı deyil. ABŞ Xəstəliklərin Qarşısının Alınması Mərkəzi (CDC) sözün əsl mənasında bu məsələdə özünü "parçalayır". Cavablar istəyirəm. Özü də dərhal", - Tramp qeyd edib.

Tramp bildirib ki, şəffaflığın olmaması müzakirələri daha da gücləndirir: "İctimaiyyət həqiqəti bilməlidir"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru