Asteroid “İkar” çərşənbə axşamı - iyun ayının 16-da Yerə rekord məsafədə yaxınlaşacaq.
O, planet üçün təhlükə daşıyacaq.
Oxu.Az xəbər verir ki, bu barədə NASA bildirib.
“İkar”ın Yer kürəsi ilə yaxınlaşmasının dünya vaxtı ilə 15.39-da (yerli vaxt ilə 18:39) müşahidə olunacağı gözlənilir. Asteroidlə planetimiz arasındakı məsafə 8 mln. km təşkil edəcək. Bu, Yer kürəsi ilə Ay arasındakı məsafədən 21 dəfə çoxdur.
“İkar” Yer kürəsinə hər 9, 19 və 38 ildən bir yaxınlaşır. Növbəti yaxınlaşma 2090-cı ilin 14 iyun tarixində baş verəcək. Həmin vaxt Yer kürəsi ilə asteroid arasındakı məsafə 6,5 km təşkil edəcək.
“İkar” asteroidi apollonlar qrupuna daxildir. O, 1949-cu ildə alman astronomu Valter Baade tərəfindən ABŞ rəsədxanasında Palomarskda ixtira edilib və yerə yaxın ilk obyektlərdəndir. Asteroidin diametri bir km çatır və çəkilmiş Orbit üzrə hərəkət edir.